16:04
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bakı Metropoliteni" QSC-nin "Koroğlu" stansiyasında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dair istiqamət lövhələri yerləşdirilib.

Teleqraf.com xəbər verir ki, bunun səhmdar cəmiyyətinin rəis müavini Hidayət Məmmədov bayram və COP29 günlərində metronun fəaliyyətinə dair brifinqdə bildirib.

"COP29-un əsas məkanı Bakı Olimpiya Stadionu olduğundan "Koroğlu" stansiyası ərazi üzrə ən mühüm nəqliyyat qovşaqlarından biri kimi fəaliyyət göstərəcək.
Stansiyada konfrans iştirakçıları və qonaqların hərəkət rahatlığı, həmçinin səmti asanlıqla müəyyən etmələri məqsədilə bir sıra tədbirlər görülüb. COP29 Əməliyyat Şirkətinin "Koroğlu" stansiyasında apardığı monitorinqlər əsasında hazırladığı əlavə naviqasiya sistemi platforma, keçid və vestibül sahələrində quraşdırılıb. Əsas məqsəd müxtəlif nəqliyyat vasitələri, o cümlədən avtobus, taksi, fərdi avtomobillər və dəmiryolu ilə gələn COP29 iştirakçıları və qonaqlar "Koroğlu" stansiyasının keçidindən istifadə edərkən səmti düzgün müəyyən etməkdə onlara yardımçı olmaqdır", - deyə o qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər