10:46
961
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin irihəcmli dəstəyi Rusiyanın Ukraynaya qarşı müharibəsini davam etdirə bilməsində əsas amildir.

Teleqraf.com xəbər verir ki, bunu Avstraliya Milli Kəşfiyyat Xidmətinin direktoru Endryu Şirer deyib.

“Çinin verdiyi böyük həcmdə ikilitəyinatlı mallar, eləcə də Pekinin iqtisadi yardımı və diplomatik dəstəyi Putin ordusunun Ukraynada qalmasına imkan verir”, - kəşfiyyat şefi bildirib.

Şirer həmçinin İranın Rusiyaya PUA, Şimali Koreyanın raket və digər silahlar verməsi və 10 minə yaxın canlı qüvvə göndərməsinə diqqət çəkib.

“Özəyi Çin və Rusiya olan yeni oxun strateji təsiri lazımi səviyyədə qiymətləndirilmədi. Bu, son dərəcə narahatedici strateji gəlişmədir, hamımız bunun qarşısını almaq üçün çox çalışırıq”, - Avstraliya kəşfiyyatının rəhbəri vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər