İran İsraillə hərbi toqquşmaya hazırdır.
Teleqraf.com xəbər verir ki, bunu İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) rəis müavini general Əli Fədəvi deyib.
General Donald Trampın ABŞ prezident seçkilərində qalib gəlməsindən sonra Amerika və İsrailin İrana qabaqlayıcı hava zərbələrini istisna etmir.
“İran İsraillə qarşıdurmaya hazırdır. Sionistlərin bizimlə üz-üzə gəlməyə gücləri yoxdur, cavabımızı gözləsinlər, anbarlarımızda bunun üçün kifayət qədər silah var”, – Fədəvi vurğulayıb.
Seçki kampaniyası dönəmində Donald Tramp İranla bağlı sərt qərarlar verəcəyini istisna etməmişdi.