10:55
409
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublikaçı namizəd Donald Tramp Seçicilər Kollegiyasında cüzi fərqlə öndədir, amma demokrat Kamala Harrisin hələ də qalib gəlmək şansı var.

Teleqraf.com xəbər verir ki, bu barədə “Vaşinqton Post”un proqnozunda deyilir.

Hazırda Tramp 248, Harris isə 214 səs toplayıb. Qələbə üçün namizədlər 270 səs almalıdır. Həmçinin Tramp artıq iki “yelləncək ştat”da – Şimali Karolina və Corciyada qalib gəlib. Daha beş belə ştatda səslər hesablanır.

Eyni zamanda, VP yazır ki, respublikaçıların bütün yarışlar bitdikdən sonra Senatda çoxluğu əldə etmək üçün bütün şansları var, demokratların bu baxımdan qələbə şansı azdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər