10:17
385
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə ilə İrəvan arasında münasibətlər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan sonra tənzimlənəcək.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.

Onun sözlərinə görə, Türkiyə Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasını Cənubi Qafqazda sabitliyin təmin edilməsinin mühüm elementi hesab edir.

“Biz razılaşmanın əldə olunmasını tam dəstəkləyirik və tərəflərin buna yaxınlaşdığını görməkdən məmnunuq. Sərhədin delimitasiyası ilə bağlı son qərarlar bu inkişafın yaxşı nümunəsidir”, - Fidan vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər