Ukrayna Prezidenti Vladimir Zelenski Respublikaçılar Partiyasının namizədi Donald Trampı ABŞ-da keçirilən prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib.
Teleqraf.com xəbər verir ki, Ukrayna lideri Ağ Evin yeni rəhbərindən gözləntilərini də açıqlayıb.
Zelenski sentyabrda Prezident Trampla Ukrayna ilə ABŞ arasında strateji tərəfdaşlıq, Qələbə Planı və Rusiyanın Ukraynaya təcavüzünün dayandırılması yollarını ətraflı müzakirə etdiyi görüşü xatırladıb.
Zelenski qeyd edib ki, o, Trampın qlobal məsələlərdə güc vasitəsilə sülh yanaşmasına sadiqliyini yüksək qiymətləndirir: “Məhz bu prinsip həqiqətən Ukraynada ədalətli sülhü yaxınlaşdıra bilər. Ümid edirəm ki, biz birlikdə bunu həyata keçirəcəyik”.