6 Noyabr 19:57
560
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəran şəhəri “2024-cü ildə Türk dünyasının gənclər paytaxtı” elan edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə qərar bu gün Qırğızıstanın paytaxtında keçirilən Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 11-ci iclasının yekunları üzrə qəbul edilib.

Bişkek sammitinin yekunlarına əsasən, təşkilata sədrlik Qazaxıstandan Qırğızıstana keçib.

Qeyd edək ki, təşkilata üzv ölkələrin liderləri sammitin 2025-ci ildə Azərbaycanda keçirilməsini təsdiqləyiblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər