Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Respublikaçılar Partiyasının namizədi Donald Trampı ABŞ prezidenti seçilməsi münasibətilə təbrik edib.
Teleqraf.com xəbər verir ki, Türkiyə lideri yeni prezidentdən gözləntilərini də açıqlayıb.
“Böyük mübarizədən sonra ABŞ-da keçirilən prezident seçkilərində qalib gələn və yenidən ABŞ prezidenti seçilən dostum Donald Trampı təbrik edirəm.
Amerika xalqının seçimi ilə başlayacaq bu yeni dövrdə ümid edirəm ki, Türkiyə-ABŞ münasibətləri güclənəcək, regional və qlobal böhranlar və müharibələr, xüsusilə Fələstin məsələsi və Rusiya-Ukrayna müharibəsi bitəcək, daha ədalətli dünya üçün daha çox səy göstəriləcəyinə inanıram.
Ümid edirəm ki, seçkilər dost və müttəfiq ABŞ xalqı və bütün bəşəriyyət üçün faydalı olacaq.”, - Ərdoğan bildirib.