ABŞ prezident seçkilərində Respublikaçı Donald Tramp və ya sağçı qüvvələrin qələbəsi “azad dünya”da hökmranlıq edən sol-liberal qüvvələrə zərbə olacaq.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev deyib.
Onun fikrincə, Trampın qələbəsinin qlobal nəticələri olacaq:
“Sağın “azad dünya”dakı bu qələbəsi orada hakim olan sol-liberal qüvvələrə ağır zərbədir. Bu baxımdan, onların Obama-Klinton klanının hakimiyyətini qoruyub saxlayacaq Harrisi bu qədər açıq dəstəkləməkləri təsadüfi deyildi. Bu, həm də Avropa Birliyində fanatik həddə Rusiya üzərində “qələbə” istəyən, onun və qonşularımızın daxili işlərinə qarışmağa çalışan militant liberalları ruhlandırardı”.