10:40
923
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa və Qazaxıstan prezidentləri Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına və tezliklə sülh sazişinin imzalanmasına tam dəstək olduqlarını bildirirlər.

Teleqraf.com xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin Parisə səfəri çərçivəsində Emmanuel Makron və Kasım-Jomart Tokayevin strateji tərəfdaşlığın möhkəmləndirilməsi ilə bağlı verdikləri bəyanatda deyilir.

Makron və Tokayevin fikrincə, Azərbaycan və Ermənistan arasında sülh sazişi regionda ədalətli və sabit sülhün bərqərar olmasına imkan verəcək.

Prezidentlər Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı üçün Cənubi Qafqazda sabitliyin vacibliyini də vurğulayıblar.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər