08:13
409
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika Birləşmiş Ştatlarında keçirilən 60-cı prezident seçkilərində ölkənin 47-ci prezidenti seçiləcək.

Teleqraf.com xəbər verir ki, Donald Tramp seçicilərin 52,5%-nin (26,888,034 səs) dəstəyi ilə 177 seçici səsini qazanaraq ABŞ prezident seçkilərində liderliyini möhkəmləndirib. Kamala Harris isə 99 seçici səsi ilə (23,693,880 səs) ikinci sıradadır.

Xatırladaq ki, seçkilərdə qalib gəlmək üçün namizədin 270 seçici səsi toplaması lazımdır.

Associated Press bütün ölkə üzrə seçki məntəqələrindən məlumat toplamağa davam edir və səslərin hesablanması hələ tam olaraq başa çatmayıb. Daha çox məlumat əldə olunduqca nəticələr dəyişə bilər.

Respublikaçıların namizədi Donald Trampın qalib gəldiyi ştatlar:

1. İndiana - 11 səs

2. Kentukki - 8 səs

3. Tennesi – 11 səs

4. Missisipi – 6 səs

5. Alabama – 9 səs

6. Florida – 30 səs

7. Cənubi Karolina – 9 səs

8. Qərbi Virciniya – 4 səs

9. Oklahama – 7 səs

10. Arkanzas - 6 səs

11. Şimali Dakota - 3 səs

12. Cənubi Dakota - 3 səs

13. Ohayo - 17 səs

14. Nebraska - 3 səs

15. Vayominq - 3 səs

16. Luiziana - 8 səs

17. Texas - 40 səs

18. Missuri - 10 səs

19. Montano - 4 səs

20. Yuta - 6 səs

21. Kanzas - 6 səs

22. Ayova - 6 səs

23. Aydaho - 4 səs

Ümumi: 214 səs.

Demokratların namizədi Kamala Harrisin qalib gəldiyi ştatlar:

1. Merilənd – 10 səs

2. Vermont – 3 səs

3. Masaçusets – 11 səs

4. Rod-Aylend – 4 səs

5. Konnektikut – 7 səs

6. İllinoys - 19 səs

7. Nyu Cersi - 14 səs

8. Nyu York - 28 səs

9. Kolorado - 10 səs

10. Delaver - 3 səs

11. Kolumbiya dairəsi - 3 səs

12. Vaşinqton - 12

13. Kaliforniya - 54

Ümumi: 178 səs.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər