Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında yeni əməliyyat həyata keçirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, "Fərat qalxanı" və "Barış Pınar"ı bölgələrində gerçəkləşən əməliyyat nəticəsində PKK/YPG terror təşkilatının altı üzvü öldürülüb.
Nazirlik terrorçulara qarşı mübarizənin davam edəcəyini bildirib.