Türkiyənin Xarici İşlər Nazirliyi dekabrın 21-də Pakistanda silahlı yaraqlılar tərəfindən hərbi nəzarət-buraxılış məntəqəsinə edilən hücumla bağlı bəyanat yayıb.
Teleqraf.com qardaş ölkənin mətbuatına istinadla xəbər verir ki, bəyanatında Türkiyənin bu qanlı hadisə zamanı çox sayda hərbçinin həlak olması xəbərindən dərin kədər hissi keçirdiyini qeyd olunur.
“Bu mənfur hücumu qınayır, şəhidlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirik. Terrorla mübarizədə Pakistanla qətiyyətli həmrəyliyimizi bir daha vurğulayırıq”, - bəyanatda belə bildirilir.
Xatırladaq ki, dekabrın 21-də Pakistanın şimal-qərbindəki Hayber-Paxtunxva əyalətində naməlum silahlıların hərbi nəzarət-buraxılış məntəqəsinə hücumu nəticəsində çox sayda hərbçi öldürülüb və ya ağır yaralanıb.