Kəlbəcər rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Teleqraf.com-un yerli bürosunun əldə etdiyi məlumata görə, hadisə rayonun Bəylik kəndi ərazisində rayonun Qamışlı kənd sakini 1974-cu il təvəllüdlü Dadaşov Şahlar Sabir oğlu idarə etidi "Niva" markalı avtomobili təxminən yüz metr hündürlükdən dərəyə aşırıb. Qəza zamanı sürücü hadisə yerində həyatını itirib. Avtomobildə olan Bakı şəhər sakini 1991-ci il təvəllüdlü İbrahimbəyli Allahverdi Elşən oğlu müxtəlif bədən xəsarətləri ilə Kəlbəcər rayonunda xəstəxanaya yerləşdirilib.
Hər iki şəxs tikinti şirkətinin işciləridir. İlkin ehtimala görə, qəzaya yolun buzluluğu səbəb olub.