21:18
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin xarici işlər naziri Hakan Fidan İsraillə İran arasında münaqişə ehtimalını istisna etməyib.

Teleqraf.com xəbər verir ki, nazir bu barədə "France 24" telekanalına müsahibəsi zamanı danışıb.

H. Fidan bildirib ki, rəsmi Tehran böyük müharibənin tərəfdarı deyil: "Münaqişə ehtimalı var. Mənim bildiyim tək şey isə odur ki, iranlılar belə bir müharibə, böyük münaqişə istəmirlər".

Hakan Fidan İsraillə İran arasında müharibə ehtimalından olduqca narahat olduğunu bildirib.


Müəllif: Ceyhun Ağazadə

Oxşar xəbərlər