İngiltərədə 5 yaşlı qız küçəyə zibil atdığı üçün 1000 funt sterlinq cərimə olunub.
Teleqraf.com xəbər verir ki, bu barədə "Metro" yazır.
Şəhər şurası qızın atasına onun "cinayət üstündə" tutulduğunu bildirsə də, kişi onun yaşındakı uşaq üçün cərimənin "absurd" olduğunu deyib.
Adının açıqlanmasını istəməyən ata cərimənin maddi təsirindən və qızının mümkün stresindən narahat olduğunu bildirib. O, cərimədən şikayət etməyə çalışsa da, çətinliklə üzləşib. Ata həmçinin yerli hökumətin iclasında iştirak edib. Bir neçə uğursuz cəhddən sonra, uşağa sadəcə "xəbərdarlıq" edilib.
Cərimə ləğv olunub. Şəhər şurasının rəsmiləri ailədən üzr istəyib və gələcəkdə oxşar hadisələrin qarşısını almaq üçün tədbir görəcəklərinə söz veriblər.