ABŞ prezidenti Co Bayden ölkənin 2025-ci maliyyə ili üçün hərbi büdcəsini 895 milyard dollar məbləğində təsdiqləyib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti bildirib.
Qeyd edilib kimi, "prezident 2025-ci maliyyə ili üçün, ilk növbədə, ABŞ Müdafiə Nazirliyi və hərbi tikinti proqramları, Enerji Nazirliyinin milli təhlükəsizlik proqramları və kəşfiyyat proqramları üçün ayrılan vəsaitlər haqqında qanunu imzalayıb". ABŞ Konqresinin Nümayəndələr Palatası layihəni dekabrın 11-də, Senat isə dekabrın 18-də təsdiqləyib.
Pentaqona münasibətdə ümumi sayı 1,8 min səhifə olan sənədin mətnində yenidən “qalıq yanacaqlarla əməliyyatlar aparan qurumlarla, Rusiya Federasiyası hökuməti və ya Rusiyanın enerji sektoru ilə müqavilələrin bağlanmasına qadağa” daxil edilib.