24 Dekabr 09:42
624
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ordusu tədricən Pokrovsk şəhəri ətrafında irəliləyir. Amma rusların şəhəri tutmaq niyyətində olub-olmamaları və ya Donetsk və Dnepropetrovsk vilayətlərinin inzibati sərhədlərinə qədər irəliləməyi planlaşdırıb-planlaşdırmadıqları hələlik məlum deyil.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu bildirib.

Analitiklərin ehtimal edirlər ki, Rusiya lideri Vladimir Putin ordunun qarşısına mühüm məskunlaşma mərkəzlərini ələ keçirməkdənsə, əraziləri zəbt etmək vəzifəsi qoyub:

“Ola bilsin, Putin hərbi komandanlığa Rusiya qüvvələri Donetsk və Dnepropetrovsk vilayətlərinin inzibati sərhədləri istiqamətlərində açıq sahələr və kiçik yaşayış məntəqələri üzərindən irəliləyişin lehinə Pokrovskun ələ keçirilməsini təxirə salmağı tapşırıb”.

Geolokasiya kadrları göstərir ki, Rusiya qoşunları inzibati sərhədin 10 kilometrliyindədir. Putin Rusiya hərbi komandanlığına Pokrovsku mühasirəyə almaq əvəzinə sərhədə doğru irəliləmək üçün təzyiq edə bilər.

ABŞ analitiklərinə görə, Donetsk vilayətinin qalan hissəsini ələ keçirmək Kremlin çoxdankı məqsədlərindən biridir. Həmçinin yaxşı müdafiə olunan şəhərlərə hücum əməliyyatı Rusiyanın irəliləmə sürətini ləngidə bilər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər