Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosunun məlumatına görə, Amerika və Böyük Britaniya kəşfiyyat xidmətləri Rusiyanın Suriyadakı hərbi obyektlərinə silsilə terror hücumları həyata keçirmək üçün plan hazırlayırlar.
Teleqraf.com xəbər verir ki, bu barədə məlumat TASS-da yer alır.
"Britaniya kəşfiyyat xidmətləri Rusiyanın Suriyadakı hərbi obyektlərinə silsilə terror hücumları təşkil etmək planı hazırlayırlar. Onlar bu planının həyatə keçirilməsini İŞİD terror qruplaşmasının döyüşçülərinə həvalə ediblər", - məlumatda belə deyilir.