08:16
246
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Rusiya-Serbiyanın "Oil Industry of Serbia" şirkətinə qarşı sanksiyalar vasitəsilə Rusiyanın bu təşkilatdan tamamilə çıxmasını tələb edir.

Teleqraf.com xəbər verir ki, bunu ölkə prezidenti Aleksandr Vuçiç Serbiya hökumətinin üzvləri və onun enerji sektorunun rəhbərliyi ilə görüşdən sonra bildirib.

“Sanksiyaların əsas hədəfi Rusiyanın bu şirkətdən tamamilə çıxarılmasıdır”, - dövlət başçısı görüşdən sonra keçirilən brifinqdə deyib.

Serbiya lideri əlavə edib ki, Belqrad Rusiyanın şirkətdəki payını almaq üçün maliyyə əməliyyatlarını martın ortalarına qədər uzatmaq imkanı var.


Müəllif: Arzu

Oxşar xəbərlər