10 Yanvar 22:08
12 Punto 14 Punto 16 Punto 18 Punto

Danimarka öz hərbi texnikasını Ukraynaya göndərdiyinə görə Amerikanın seçilmiş prezidenti Donald Trampın dövründə Qrenlandiyanın hərbi yolla ABŞ- a mümkün ilhaqına qarşı çıxa bilməyəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə "Politico" nəşri məqaləsində yazıb.

Nəşr iki ölkənin hərbi gücünü müqayisə edib. Belə ki, ABŞ 2023-cü ildə müdafiəyə 948 milyard dollar, Danimarka isə cəmi 9,9 milyard dollar xərcləyib.

Materialda qeyd olunur ki, Danimarka silahlı qüvvələri ABŞ-ın işğalına tab gətirmək üçün kifayət qədər hazırlıqlı və təchiz olunmayıb.

Bundan əlavə, danimarkalılar hərbi texnikanın xeyli hissəsini hərbi yardım kimi Ukraynaya göndəriblər.


Müəllif: Arzu

Oxşar xəbərlər