08:31
249
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Vaşinqton dörd il ərzində yeni silahların hazırlanmasına 1,2 trilyon dollardan çox sərmayə qoyub".

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-nin müdafiə nazirinin müavini Ketlin Hiks bildirib.

Onun sözlərinə görə, bu məbləğ Soyuq Müharibə dövründə istənilən dörd illik dövrü üstələyir.

“Dörd illik müdafiə büdcəsinə və bir çox əlavə maliyyə vəsaitlərinə baxdıqda, bütün silahlara, tədqiqata və inkişafa, satınalma ilə birlikdə bütün investisiyalarımızı toplasaq, real məbləği 1,2 trilyondan çoxdur" - Hiks deyib.

O, əlavə edib ki, Pentaqon yeni silah növlərinin hazırlanması ilə yanaşı, innovativ əməliyyat konsepsiyaları da hazırlayır və həyata keçirir.


Müəllif: Arzu

Oxşar xəbərlər