"ABŞ-ın Rusiyanın enerji kompleksinə qarşı yeni sanksiyalarının ləğvi Moskva və Vaşinqton arasında Ukrayna üzrə gələcək razılaşmanın bir hissəsi ola bilər".
Teleqraf.com xəbər verir ki, bunu "TASS" agentliyi Trampın komandasına yaxın mənbəyə istinadən yazıb.
Agentliyin həmsöhbəti qeyd edib ki, Tramp administrasiyası sanksiyaların yumşaldılmasını Ukrayna üçün potensial sülh planının bir hissəsi etmək imkanı qazanacaq.