Suriyada Əsəd rejiminin devrilməsindən sonra YPG terror təşkilatı ilə İran arasında danışıqlar sürətlənib. Təşkilat əməkdaşlıq üçün ələ keçirdiyi neft quyularını Tehrana təklif edib.
Teleqraf.com xəbər verir ki, hu barədə “Türkiyə” qəzeti məlumat yayıb.
Türk nəşri Əsəd rejiminin devrilməsi ilə Suriyadan geri çəkilmək məcburiyyətində qalan İranın ölkədə xaos yaratmağa çalışdığını bildirib.
“PKK kimi Suriyada salamat qalmaq şansı olmayan YPG İranla danışıqlar və əməkdaşlıq intensivləşib. Təşkilatın (YPG) bir nömrəsi Şahin Cilo Dəməşqdə olarkən, siyasi qanadda olan İlham Əhməd Süleymaniyyədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” briqadasının komandiri İsmayıl Qəni ilə görüşüb. Xameneyiyə (İranın dini lideri) yaxın simalardan Mehdi Xanəlizadə də Suriya inqilabından sonra YPG-yə daha sıx dəstək veriləcəyini açıqlayıb. O, hətta “ortaq təhdid” kimi qiymətləndirdiyi Türkiyəyə qarşı ABŞ ilə birgə hərəkət edə biləcəklərini d' söyləyib. Yerdə artan fəallıq da bunu göstərir”, - nəşrin bölgədəki mənbəsi söyləyib.
Xanəlizadə əvvəllər İranın İraqda ABŞ ilə birlikdə Türkiyə qarşı hərəkət etdiyini də etiraf edib
Mənbə vurğulayıb ki, İlham Əhməd beş gündür bölgədədir və iranlı generalla (Qəni) yanaşı, “Kürdüstan Vətənpərvərlər İttifaqı” və “Kürdüstan Demokart Partiyası ilə ikitərəfli təmaslarını davam etdirir:
“Bir tərəfdən ABŞ, İsrail, İran və Fransa kimi ölkələri, digər yandan isə KVİ və KDP-ni bu oyuna daxil etməyə çalışırlar. Məqsəd PKK-Qəndilin məhv edilməsi ilə yaranan boşluğu peşmərgə ilə doldurmaqdır”.
Mənbə əlavə edib ki, Türkiyə bunun qarşısını almaq üçün vaxtında hərəkətə keçməlidir:
“Dəməşqdə qurulan yeni hökumətdən ümidliyik, amma kürdlər və ümumilikdə bölgə xalqının Türkiyədən bununla bağlı böyük gözləntiləri var. Ankara bunu görməli və bilməlidir”.