08:45
728
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qrenlandiyalılar danimarkalı olmaq istəmirlər".

Teleqraf.com "REN TV"-yə istinadən xəbər verir ki, bu barədə Qrenlandiyanın baş naziri Mute Egede bildirib.

“Biz Danimarkalı olmaq istəmirik. Biz kənarda qalmaq istəmirik. Biz Qrenlandiyalı olmaq istəyirik və təbii ki, Qrenlandiyalılar öz gələcəklərini müəyyənləşdirirlər”, - Egede deyib.

O xatırladıb ki, bundan əvvəl Danimarka və Qrenlandiya parlamentləri özünüidarə haqqında qanun qəbul ediblər, ona əsasən Qrenlandiya lazım bildiyi vaxt müstəqilliyini elan edə bilər.

Qeyd edək ki, Qrenlandiya 2,1 milyon kvadratmetr sahəsi ilə dünyanın ən böyük adasıdır. km, əhalisi isə təxminən 56 min nəfərdir. Qrenlandiya 18-ci əsrdə Danimarkanın koloniyası olub. 1979-cu ildə keçirilən referendumdan sonra ada Danimarkanın tərkibində özünü idarə edən muxtariyyətə çevrilib. 2009-cu ildə keçirilən referendumda Qrenlandiyanın Özünüidarəetmə Aktını qəbul edilib.


Müəllif: Arzu

Oxşar xəbərlər