16:35
359
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda həbsdə olan ukraynalı kriminal avtoritet "Oleq Bakinski” ləqəbi ilə tanınan Krapivin Oleq Andreyevic və Kuçer Konstatnin Antonoviçin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com-un xəbərinə görə, iclasda media nümayəndələrinin çəkiliş aparması müzakirə edilib. Oleq Bakınski və digər təqsirləndirilən şəxs çəkilişə etiraz edib. Onun vəkilləri də etiraza qoşulublar. Yerində müşavirə keçirən hakimlər hazırkı mərhələdə iclasda çəkilişin qadağan olunması barədə qərar qəbul ediblər.

Müəyyən edilib ki, Kuçer Konstantin Ukrayna Müdafiə Sənayesi Nazirliyinin Avrasiya Məsələləri üzrə müavini olub. Onun vəkili vəsatətlə çıxış edib, bildirib ki, müvəkkilinin əməlində dələduzluq faktı yoxdur, absurd ittihamlarla həbsdədir.

O, Kuçer Konstatnin Antonoviçin barəsində seçilmiş həbs qətimkan tədbirinin alternativ qətimkan tədbiri ilə əvəz olunmasını istəyib. Vəsatətində müalicə yoxlaması aparılması üçün müstəqil auditorun işə cəlb olunması da xahiş edilib.

Vəkil həmçinin zərərçəkmiş şəxsin köynəyində olan qanın bioloji nümunəsinin götürülməsini və ekspertizaya verilməsini xahiş edib. İddia edib ki, ekspertiza keçirilən zaman qan nümunələri götürülsə də, qanın zərərçəkmişə aid olub-olmadığı müəyyən edilməyib.

Vəkil həmçinin cinayət işinin yenidən araşdırılması üçün prokurorluğa qaytarılması barədə də vəsatət verib.

Təqsirləndirilən Krapivin Oleq Andreyeviçin vəkili isə müvəkkilinin ev dustaqlığına buraxılmasını, təqsirləndirilən şəxslərin barəsində olan cinayət işlərinin ayrılmasını, hər birinin ayrı icraatda araşdırılmasını istəyib.

Dövlət ittihamçısı vəsatətlərin təmin edilməməsini, cinayət işinin məhkəmə baxışına verilməsini istəyib.

Krapivin Oleq Andreyeviçin deyib ki, 6 aydır həbsdə saxlanılır. O, heç kimi vurmayıb, günahsız yerə həbsdədir.

Daha sonra hakimlər hazırlıq iclasının qərarını qəbul etmək üçün müşavirəyə yollanıblar.
Müşavirədən qayıdan hakimlər hazırlıq iclasının qərarını açıqlayıblar. Qərara görə, vəsatətlər təmin edilməyib.

Həmçinin zərərçəkmişdən qan nümunəsinin götürülməsi, ekspertizaya təyin olunması barədə vəsatət təxirə salınıb.

Cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edilib.

Məhkəmə baxışı yanvarın 24-ə təyin olunub.

***

15:51

Azərbaycanda həbsdə olan ukraynalı kriminal avtoritet, "Oleq Bakinski” ləqəbi ilə tanınan Krapivin Oleq Andreyevic və Kuçer Konstantin Antonoviçin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com-un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

O bildirib ki, Ukrayna dilini bilir, həmin dil üzrə tərcüməçi istəyir. Rus dilində tərcüməçi ilə təmin olunan təqsirləndirilən şəxsə hüquqları izah olunub.

Krapivin Oleq Andreyevic deyib ki, hazırlıq iclasında rus dilindən tərcüməçiyə etiraz etmir, amma məhkəmə baxışında Ukrayna dilindən tərcüməçi ilə təmin olunsun.

Digər təqsirləndirilən Kucher Kostıanyn Antonovıchin Azərbaycan dilində sərbəst danışa bildiyini, Şamaxı rayonunda anadan olduğunu deyib. Onun 8 uşağı var.

Daha sonra təqsirləndirilən şəxslərin vəkilləri müəyyən edilib.

Hazırda proses davam edir.

Qeyd edək ki, cinayət işi üzrə Zaxarenkov Valeriy Nikolayeviç zərərçəkmiş qismində tanınıb.

İş üzrə daha iki şirkət zərərçəkmiş hesab olunub. Bunlar “Avıazapchast” Açıq Səhimdar Cəmiyyəti və “Promyshlennye Postavkı Kazakhstan” Məhdud Məsuliyyətli Cəmiyyətdir.

Oleq Krapivin 2024-cü ilin iyulun sonlarında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bakıda həbs olunub.

Oleq Krapivin kriminal aləmdə “Oleq Bakinski” ləqəbi ilə tanınır.

Oleq Bakinski az ağır xəsarət yetirmə, xuliqanlıq, Konstantin Kuçer isə xuliqanlıq və dələduzluq maddələri ilə ittiham olunurlar.

Kuçer Konstantin Antonoviçin barəsində Cinayət Məcəlləsinin 178.4-cü (xüsusi ilə külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər