Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Azərbaycanın bu ölkədəki səfiri Faiq Quliyevlə görüş keçirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstan XİN-nin məlumatında bildirilib.
Görüşdə ikitərəfli gündəliyin aktual məsələləri müzakirə edilib.
Tərəflər ölkələr arasında strateji tərəfdaşlığın geniş spektrini bir daha müsbət qiymətləndiriblər. Görüşdə ticari-iqtisadi, nəqliyyat, energetika sahələrində uğurlu əməkdaşlığa xüsusi diqqət yetirilib.
Tərəflər bölgənin dinc və sabit inkişafının vacibliyi vurğulayıblar. Gürcüstan və Azərbaycan arasında nümunəvi strateji əməkdaşlığın daha da dinamik xarakter alması üçün hazırlıq ifadə edilib.