Türkiyə Rusiya prezidenti Vladimir Putinlə ABŞ-ın yeni prezidenti Donald Tramp arasında görüş təşkil etmək təklifi almayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə "RİA Novosti" diplomatik mənbəyə istinadən məlumat yayıb.
“Bizə belə bir təklif daxil olmayıb”, - Türkiyə hakimiyyətindəki mənbə bildirib.
Mənbə həmçinin qeyd edib ki, konkret addımlar atılmadan hər hansı fərziyyələr irəli sürməyin mənası yoxdur.