10:44
550
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp Panama kanalı ilə bağlı ölkəyə təzyiqlərini dayandırmasa, Panama Prezidenti Xose Raul Mulino BMT Təhlükəsizlik Şurasına müraciət etmək qərarına gəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Panama lideri ABŞ-dən ölkəsi üçün təhdid almağa davam edərsə, bu məsələni BMT Təhlükəsizlik Şurasına çıxaracağını bildirib.

Mulino Trampın bu məsələdə israrlı olacağı təqdirdə, yanvarın 20-dən sonra daha çox tədbir görəcəyini vurğulayıb.


Müəllif: Qənirə Süleymanova

Oxşar xəbərlər