11 Yanvar 02:38
605
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 13-dən fevralın 26-dək Rumıniya, Bolqarıstan və Yunanıstanda keçiriləcək NATO-nun "Steadfast Dart" təliminə alyansın doqquz ölkəsindən 10 minə yaxın hərbçi qatılacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə alyansın "X" sosial şəbəkəsində məlumat yayılıb.

Məlumata görə, təlimin məqsədi Rusiya sərhədləri yaxınlığında hərbi hazırlığı gücləndirməkdir.

"Təlim NATO-nun şərq cinahını gücləndirmək üçün qüvvələrini sürətlə yerləşdirmək qabiliyyətini nümayiş etdirəcək", - blokun bəyanatında deyilir.


Müəllif: Arzu

Oxşar xəbərlər