13:50
879
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda iqtisadi çətinliklərin artması nəticəsində son həftələrdə ictimai narazılıq genişlənib.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrailin “Maariv” qəzeti məlumat yayıb.

Nəşr qeyd edir ki, xalq ölkədə neft gəlirləri və resurslarını israf edən rejimə qəzəblidir.

“Rejim 2000-ci ildən indiyədək Suriyaya 50 milyard dollar xərcləyib. İran ictimaiyyəti bunu uğursuzluq kimi qiymətləndirir”, - məqalədə qeyd olunur.

Xatırladaq ki, İranın uzun illər Suriyada dəstəklədiyi Əsəd rejimi ötən il dekabrın 8-də devrilib. Müxalifətin hakimiyyəti ələ keçirməsindən sonra rejimin başçısı Bəşər Əsəd Rusiyaya qaçıb.


Müəllif: Qənirə Süleymanova

Oxşar xəbərlər