10:56
229
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gürcü Arzusu” partiyasını Gürcüstanın qanuni hökuməti kimi tanınmasını qadağan edən qanun layihəsi ABŞ Konqresinə təqdim olunub.

Teleqraf.com xəbər verir ki, sənəd Konqresin rəsmi bazasında qeydiyyata alınıb.

Qanun layihəsinin müəllifləri Respublikaçı konqresmen Co Uilson və Helsinki komissiyasının rəhbəri və demokrat Stiv Koendir.

Sənəddə Gürcüstan hakimiyyətinin yeganə legitim nümayəndəsi kimi V prezident Salome Zurabişvilinin tanınması təklif edilir. Qeyd olunub ki, “Gürcü Arzusu”nun tanınmaması siyasəti azad və ədalətli seçkilərin keçiriləcəyi halda ləğv edilə bilər.

Qanun layihəsinə ABŞ Konqresinin hər iki palatasında baxılmalıdır. Palatalar tərəfindən layihənin təsdiqlənəcəyi təqdirdə sənəd imzalanması və ya veto qoyulması üçün prezidentə təqdim ediləcək.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər