Norveç Rusiya ilə müharibə təhlükəsi səbəbindən bomba sığınacaqları tikəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
Məlumata görə, Norveç hökuməti 1 000 kvadratmetrdən böyük binalarda bomba sığınacaqlarının məcburi tikintisini bərpa edir.
Məlumata görə, bu, Rusiyadan gələ biləcək hərbi təhdidlərlə bağlıdır.
Ədliyyə naziri Emilie Enger Mehl vurğulayıb ki, sığınacaqlar ehtimal edilən müharibə vəziyyətində mülki şəxslərin müdafiəsi üçün əsas tədbirlərdən biri olacaq.
Məlumata görə, yeni sığınacaqların, həmçinin yeraltı qarajların və metro stansiyalarının təmiri nəzərdə tutulur.