Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Azərbaycana rəsmi səfər edəcək.
Teleqraf.com xəbər verir ki, səfərin detalları XİN başçısı və Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev arasında keçirilən görüşdə müzakirə olunub.
Tərəflər yaxın günlərdə Bakıda keçirilməsi planlaşdırılan Gürcüstan və Azərbaycan arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın X iclasına hazırlıq məsələlərini də nəzərdən keçiriblər.