17:25
528
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu qərarla bağlı bizə məlumat verilib və onu nəzərdən keçirməyi planlaşdırırıq.

Teleqraf.com xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) İrəvandakı səfiri Vasilis Maraqos Ermənistan hökumətinin ölkənin Aİ-yə qoşulması prosesinin başlanması ilə bağlı qanun layihəsini təsdiqləmək qərarını şərh edərkən deyib.

Diplomat qeyd edib ki, Aİ-nin Ermənistanla çox sıx əlaqələri var və bunu dərinləşdirməyə çalışır.

“Bizim “Davamlılıq və böyümə” proqramı var (red. - bu proqram çərçivəsində Ermənistana 270 milyon avro ayrılmalıdır). Ermənistan hakimiyyəti ilə müsbət istiqamətdə gedən Aİ-Ermənistan münasibətləri ilə bağlı bütün məsələləri müzakirə edirik”, - Maraqos vurğulayıb.

Səfirdən Ermənistanın Avropa İttifaqına üzv olmaq üçün fürsət görüb-görmədiyini soruşulduqda o söyləyib ki, əgər İrəvan Aİ-yə daxil olmaq istəyirsə, bu, onun qərarıdır.

“Aİ müqaviləsində üzvlüyün necə baş verməsini izah edən müddəalar var”, - Maraqos əlavə edib.

Xatırladaq ki, hökumət dünən keçirilən iclasında “Ermənistan Respublikasının Avropa İttifaqına qoşulması prosesinin başlanması haqqında” qanun layihəsini təsdiqləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər