"Bolqarıstan Ukraynanın Odessa vilayətinin etnik bolqarların yaşadığı cənub hissəsini geri qaytarmalıdır".
Teleqraf.com xəbər verir ki, bunu “Vozrojdenie” partiyasının lideri Kostadin Kostadinov öz “Facebook” hesabında yazıb.
“450 ildən artıqdır ki, bu bölgənin yerli əhalisi bolqarlardır. Buna görə də Bolqarıstan və Makedoniyanın vahid ümumi ölkə olaraq birləşməsi, eləcə də Cənubi Bessarabiyanın (Odessa vilayətinin cənub) qaytarılmasından daha məntiqli heç nə yoxdur" - siyasətçi qeyd edib.
Kostadinov həmçinin əlavə edib ki, Bolqarıstanın Ukrayna və Makedoniyaya qarşı iddiaları ABŞ-ın yeni prezidenti Donald Trampın Kanada, Qrenlandiya və Panama kanalını ilhaq etmək tələbləri qədər qanunidir. Onun sözlərinə görə, belə ərazi iddiaları üçün bütün əsaslar var.