2 Mart 2015 16:02
885
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Nyu York ştatının Rokland şəhərində ən yaşlı cütlük kimi qeydə alınan Duranord Veilyard (108 yaş) və həyat yoldaşı Cinnenin (105 yaş) evində tarixi ad günü qeyd edilib.

Trend-in Türkiyənin “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, 82 ildir evli olan Duranord ötən gün 108 yaşını qeyd etməyin sevincini yaşayıb.

Cütlüyün 12 nəvəsi və 14 nəticəsi var. Özünü hələ də sağlam hiss etdiyini deyən D.Veilyard günə sadə idman hərəkətləri ilə başladığını və hər səhər yulaf əzməsi və meyvə yedini deyib.


Müəllif:

Oxşar xəbərlər