3 Mart 2015 20:06
689
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq Kürd Muxtariyyətinin baş naziri Neçirvan Bərzani Katolik aləminin dini lideri Papa Françesko ilə görüşüb.

Teleqraf.com “Cihan” agentliyinə istinadən xəbər verir ki, görüş zamanı Bərzani İraqdakı son vəziyyətlə papanı tanış edib. Müzakirələr zamanı əsas diqqət İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı ilə mübarizəyə yönəlib.

Bərzani İŞİD-in hücumları nəticəsində çoxlu sayda xristian, yezidi kürd və müsəlmanların yurdlarından didərgin düşdüyünü, hazırda sığınacaqlarda vəziyyətin gərgin olduğu bildirib. Bərzani məsələ ilə bağlı Françeskonun dünya liderlərinə səslənməsini istəyib.

Papa isə öz növbəsində terrorizmlər mübarizənin mühüm olduğunu və yardım edəcəyini qeyd edib.

Samir


Müəllif:

Oxşar xəbərlər