7 Mart 2015 18:17
4 656
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyada müəllimənin çılpaq fotolarının şagirdləri tərəfindən internetdə yayılması böyük qalmaqala səbəb olub.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər, 15 il öncə çəkilən fotoları internetdə yayılan müəllimə Anita İtaliya mətbuatında manşetləri zəbt edib. Yayılan xəbərlərdən sonra valideynlər məktəbin qarşısında yığışıblar.

35 yaşlı valideyn Sleliya Cocci açıqlamasında “Sinəsini porno şəkillər üçün açan bir qadının oğluma müəllimlik etməsindən məmnun deyiləm. Bu iyrənc bir şeydir və qadın qovulmalıdır” deyib.

Məktəbin direktoru Antonia Pivanın məsələyə münasibəti isə belədir:

“ Fotolar 15 il bundan əvvəl çəkilib. Siz valideynlərin narahatçılığını başa düşürəm. Anita çox məsuliyyətli və savadlı müəllimədir. Şagirdlərə çox yaxşı təhsil verir. İşdən qovulması barədə düşünmürük, çünki bir səbəb yoxdur”.

Qeyd edək ki, onun bu fotolarını görən valideynlər məktəbin qarşısına toplanmış, müəllimənin işdən azad olunmasını tələb etmişdilər.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər