11 Mart 2015 18:48
967
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və Avropa Birliyi Rusiyaya qarşı yeni sanksiyalar təklifini qəbul edib. Teleqraf.com-un məlumatına görə, Ukraynada yaranmış böhrana görə daha bir neçə fiziki və hüquq şəxs "qara siyahı"ya salınıb.

Rusiyanın Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duginin Qərb ölkələrinə girişi qadağan olunub. Həmçinin Viktor Yanukoviçin prezidentliyi dönəminin məmurları - sabiq baş nazir Nikolay Azarov, 1-ci müavin Sergey Arbuzov, sabiq səhiyyə naziri Raisa Boqatıryova və bir neçə şəxs sanksiyalara məruz qalıb.

Yaxın günlərdə sanksiyalara yeni şəxslərin adlarının əlavə olunacağı bildirilir.

Ayxan


Müəllif: