13 Mart 2015 23:39
704
12 Punto 14 Punto 16 Punto 18 Punto

Anqolanın Lobito şəhərində güclü yağışların yaratdığı sel 62 nəfərin həyatına son qoyub.

Teleqraf.com “Cihan” agentliyinə istinadən xəbər verir ki, ölənlərin 37-nin azyaşlı olduğu bildirilib. Rəsmilər bəzi yerlərdə suyun səviyyəsinin 3 metrə çatdığını açıqlayıblar.

Hadisədən sonra çıxış edən prezident Xose Eduadro Santos 173 evin dağıldığını və onlarla insanın itkin düşdüyünü deyib. O, bölgəyə xüsusi xilasetmə qrupunun göndərildiyini qeyd edib.

Samir


Müəllif:

Oxşar xəbərlər