17 Mart 2015 09:33
874
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya və onun müttəfiqləri Krım Ukraynaya qaytarılmadan sakitləşməyəcəklər.

Publika.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Pyotr Poroşenko ilə görüşündə Almaniya kansleri Angela Merkel bəyanat verib.

“Biz bu günü Krımın qanunsuz ilhaqı günü kimi yadda saxlamalıyıq. Biz unutmamalıyıq ki, bu akt post-müharibə Avropasındakı düzümü təhlükə altında qoyub. Biz Ukraynanın suverenliyi və ərazi bütövlüyü bərpa olunmayınca, sakitləşməyəcəyik” – kansler vurğulayıb.

Angela Merkellə görüşdən sonra keçirilən mətbuat konfransında Ukrayna prezidenti Pyotr Poroşenko deyib ki, martın 19-da keçiriləcək Avropa sammitində Qərb liderlərindən Rusiyaya qarşı sanksiyalar məsələsində aydın mövqe gözləyir.


Ukrayna prezidentinin qənaətinə görə Moskvaya qarşı sanksiyalar genişləndirilməlidir, beləki, Rusiya Minsk razılaşmasının şərtlərinə əməl etməyib.


Müəllif:

Oxşar xəbərlər