19 Mart 2015 17:46
1 506
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ey erməni diasporu, ey Ermənistan rəhbərliyi! Bizim tarixi sənədlərimiz buradadır. Siz də sənədlərinizi gətirin. Tarixçiləri, politoloqları çağıraq. Gəlib, bu sənədlər üzərində işlər aparsınlar. Bütün həqiqət ortadadır”.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ədroğan “100-cü il dönümündə Dünya Müharibəsinin sənədləri” mövzusunda konfransın açılışı zamanı deyib.

Onun sözlərinə görə, çirkin yollarla nəsə əldə etmək qeyri-mümkündür: “Müxtəlif ölkələrdə pul paylamaqla öz çirkin əməllərinizi yaymağa çalışırsınız. Bu kampaniyaların necə davam etdirildiyini çox yaxşı bilirik. Bununla Türkiyənin əleyhinə görəcəyiniz kampaniyalardan bir şey qazana bilməzsiniz”.

Ərdoğan qeyd edib ki, bu məsələdə Türkiyə heç kimə hesabat verməyəcək: “Heç kimsə qüsura baxmasın. Bizbu məsələdə heç kəsə hesabat verməyəcəyik. Biz sadəcə öz millətimizin son 100-150 ildir yaşadığı ağrıların ardınca düşsək, erməni iddialarından qat-qat daha çox deyəcək sözümüz, soruşacaq hesabımız var”.

Samir


Müəllif:

Oxşar xəbərlər