27 Mart 2015 23:05
913
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT-nin İnsan Hüquqları Şurasının martın 27-də Cenevrədə keçirilmiş 28-ci sessiyasında Belarus və Rusiya Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və Ermənistanın dəstəyi ilə Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi ilə əlaqədar birgə bəyanatla çıxış ediblər.

Bəyanatda qeyd edilib ki, nasizmin darmadağın edilməsində həlledici kömək göstərmiş, böyük insan tələfatı və maddi itkilər vermiş ölkələrimizin xalqları üçün 9 may - Qələbə Gününün xüsusi əhəmiyyəti vardır. Döyüş meydanlarında həlak olanların hamısı və nasizmin bütün qurbanları ehtiramla yad edilir.

BMT-nin İnsan Hüquqları Şurasının diqqətinə çatdırılıb ki, müharibənin dərslərini unutmaq, onun yekunlarına səhv mənəvi və hüquqi qiymətlər vermək cəhdləri yolverilməzdir. Nasizm hərəkatının qəhrəmanlaşdırılması, faşizm ideologiyasının yenidən baş qaldırması etnik, irqi və dini dözümsüzlük, ayrı-seçkilik, ekstremizm və nifrətin yayılmasına gətirib çıxarır. Yeni faciələrə yol verməmək, gələcək nəsillər üçün sülh və təhlükəsizliyi qoruyub saxlamaq məqsədilə dünyanın bütün ölkələri və xalqları bu təhlükələrlə mübarizə aparmalıdırlar./Trend


Müəllif:

Oxşar xəbərlər