28 Mart 2015 22:44
900
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Boko haram" terror təşkilatının yaraqlıları Nigeriyada 23 nəfərin başını kəsiblər.

"Report" "Franc-Press"ə istinadən xəbər verir ki, bu barədə yerli administrasiyanın nümayəndəsi bildirib.

"Cümə günü axşam silahlı şəxslər Buratay əyalətinə hücum edib. Onlar 23 nəfərin başını kəsiblər və yerli sakinlərin evlərini yandırıblar", - deyə məlumatda bildirilir.

Silahlıların hücumu Nigeriyada təyin edilən ümumi seçkilər ərəfəsində baş verib. Terrorçuların hücumu nəticəsində 32 nəfər zərər çəkib.


Müəllif:

Oxşar xəbərlər