1 Aprel 2015 11:17
871
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oman beynəlxalq koalisiyanı Yəməndə atəşi dayandırmağa razı salmaq üçün ən yüksək səviyyədə diplomatik səy göstərir.

Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, bunu Oman hökumətindəki mənbə bildirib.

Qeyd edək ki, ötən cümə günü Səudiyyə Ərəbistanı və Fars körfəzinin digər ölkələri, eləcə də Misir, İordaniya və Sudanın iştirakı ilə beynəlxalq koalisiya Yəməndə ölkə ərazisinin böyük hissəsinə və paytaxt Sanaya nəzarət edən "Ənsər Alla" (husilər) hərəkatına qarşı hərbi əməliyyata başlayıb.

Oman isə bu hərbi əməliyyatın dayandırlması və Yəməndəki qarşıdurmanın tərəflərini danışıqlar stolu arxasına oturtmaq üçün səylərini davam etdirir.

Nihad


Müəllif:

Oxşar xəbərlər