İranla “Altılıq” ölkələri arasında nüvə danışıqları ilə bağlı yekun razılaşmalara başlanıb.
Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmisi Abbas Araqçi məlumat verib.
Onun sözlərinə görə, İrana qarşı sanksiyaların aradan qaldırılması məsələsində isə fikir ayrılıqları mövcuddur: “Biz bir çox məsələlərdə həllini tapdıq. Ancaq sanksiyalar məsələsi hələ qapanmayıb. Bir-iki vacib razılaşdırılmalı məqam var ki, bunlarsız saziş imzalamaq olmaz”.
Araqçi qeyd edib ki, İran nümayəndə heyəti günün sonuna kimi danışıqları başa çatdırmağı planlaşdırır.
Samir