Rusiya Ukraynaya satdığı qazın qiymətini 100 dollaradək azaldıb.
Teleqraf.com unain.net-ə istinadən xəbər verir ki, Rusiyanın baş naziri Dmitri Medvedev bu ilin ikinci rübündə Ukraynaya satılan qazın qiyməti ilə bağlı 31 mart tarixli 295 saylı qərar imzalayıb.
Qərarda həmçinin Ukraynaya güzəştli şərtlərlə qaz verilşinin müddətinin 2015-ci ilin aprelindən bu ilin iyunun 30-dək uzadıldığı bildirilib.
Qeyd edək ki, martın 31-də Rusiya prezidenti Vladimir Putin və baş nazir Dmitri Medvedev Ukraynaya ikinci rüb üçün ixrac rüsumunun ləğv edilməsini nəzərdə tutan "qış paketini" razılaşdırıblar.
Samir