3 Aprel 2015 19:18
1 080
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Teleqraf.com xəbər verir ki, Ərdoğan Putinə zəng edərək Krım telekanalı olan "ATR"-in bağlanması ilə bağlı narahatlığını ifadə edib.

Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Türkiyə Krım tatarlarının durumu ilə yaxından maraqlanır: "Rusiya-Türkiyə münasibətlərinin fonunda Ərdoğanın bu addımı anlaşılandır".

Qeyd edək ki, Ukrayna hökumətinin lisenziyası ilə fəaliyyət göstərən "ATR" Krım ilhaq ediləndən sonra Rusiya hökumətindən fəaliyyət üçün razılıq ala bilməyib və bu üzdən fəaliyyəti dayanıb.

Ayxan


Müəllif: