6 Aprel 2015 09:32
946
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Yəməndəki hava hücumlarının dayanması üçün Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına qətnamə layihəsinin təqdim edib.

Teleqraf.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, təqdim olunan layihədə Yəməndən əcnəbilərin təhlükəsizlik şəraitində çıxarılması və humanitar yardımların bölgəyə çatdıra bilməsi üçün atəşkəsin vacibliyi vurğulanır.

Məsələ ilə bağlı açıqlama verən İordaniyanın BMT-dəki səfiri Dina Kavar layihənin uzunmüddətli müzakirəyə ehtiyac duyduğunu deyib: “Təhlükəsizlik Şurası üzvlərinin Rusiyanın təklifini ətraflı fikirləşmək üçün vaxta ehtiyacı var”.

Samir


Müəllif:

Oxşar xəbərlər